İqtisadiyyat

Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 542 milyon manat kredit verilib

20-10-2017, 08:54

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

İqtisadiyyat Nazirliyindən Xeberman.com-a verilən məlumata görə, bu sahədə növbəti işgüzar forum oktyabrın 19-də Ağdaş rayonunun Qulbəndə kəndində keçirilib. İşgüzar forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağdaş rayonunun iqtisadi potensialına uyğun olaraq, əkinçilik, intensiv bağçılıq, istixana və cins heyvandarlıq təsərrüfatlarının, süd və çəltik emalı müəssisələrinin, soyuducu anbarın yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Verilən kreditlər də daxil olmaqla Aran iqtisadi rayonunda fəaliyyət göstərən 13 300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 542,5 milyon manat güzəştli kredit verilib. Tədbirdə müvəkkil kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 10,7 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, əkinçilik, quşçuluq, aqroparkın yaradılması, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]