Dünya

Obama “qırmızı düymə”dən necə istifadə edirdi?

19-10-2017, 14:36

Birləşmiş Ştatların sabiq prezidenti Barak Obama Ağ evin Oval otağında olan masadakı qırmızı düymədən qonaqlara çay sifarişi üçün istifadə edib.

Оxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə öz kitabında britaniyalı milyarder Riçard Brenson yazıb.

Brensonun sözlərinə görə, Obama bir dəfə onun gözünün qırmızı düyməyə sataşdığını görüb və bu düymənin əvvəllər fövqəladə vəziyyətlər üçün istifadə olunduğunu izah edib.

“Əvvəllər ondan fövqəladə vəziyyətlər zamanı istifadə olunurdu, lakin indi isə qonaqlarıma çay sifariş etmək üçün yararlanıram”, - deyə iş adamı öz avtobioqrafik kitabında Obamanın sözlərini sitat gətirib.

Apreldə Trampın sözügedən mexanizmdən qazlı su sifarişi üçün istifadə etdiyi xəbər verilmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]