Mədəniyyət

Şən və Hazırcavablar Klubunun təsisçilərindən biri dünyasını dəyişib

1-10-2017, 12:43

Şən və Hazırcavablar Klubunun (ŞHK) təsisçilərindən biri olan şair və yazıçı Andrey Menşikov 72 yaşında Moskvada dünyasını dəyişib.

Oxu.Az Metbuat.az-a istinadən bildirir ki, bu barədə mərhumun ailə üzvləri məlumat yayıb.

Menşikov 1960-cı illərdə ŞHK-nın mənbəyində duran şəxslərdən biri olub, Moskva İnşaat Mühəndisləri İnstitutunun komandasına rəhbərlik edib.

Qeyd olunur ki, o, 1986-cı ildə ŞHK-nın yenidən dirçəldilməsinin təşəbbüskarlarından biri olub.

Menşikov yüzdən çox mahnı və şeirin müəllifidir. O, uzun müddət Sovet və Rusiya televiziyasında işləyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]