Texnologiya

“Apple” və “Facebook” Meksika zəlzələsindən zərər çəkənlərə bir milyon dollar ayırdı

23-09-2017, 09:51

Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ baş verib ki, nəticədə 40-a yaxın bina uçub və 230 nəfərdən çox insan ölüb.

Xeberman.com Lent.az-a istinadən verdiyi məlumata görə, “Apple” şirkəti Meksika hökumətinin hesabına 1 milyon dollar keçirdiyini bildirib. Bu pullar dağıntıların aradan qaldırılmasına və zəlzələdən zərərçəkənlərə xərclənəcək.

Bundan əvvəl isə “Apple” şirkəti “Harvi” və “İrma” qasırğasından zərər çəkənlərə 8 milyon dollardan çox vəsait ayırıb.

Analoji olaraq Meksika sakinlərinə “Facebook” şirkəti də 1 milyon dollar həcmində maliyyə yardımı göstərib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]