Dünya

Saakaşvili sentyabrın 19-da mitinq keçirəcək

17-09-2017, 10:42

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili sentyabrın 19-da Ali Radanın binası önündə mitinq keçirməyi planlaşdırır.

Xeberman.com APA-ya istinadən xəbər verir ki, bu barədə "Strana.ua" saytı Saakaşvilinin ətrafındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, saat 10.00 başlayacaq mitinqdə Saakaşviliyə Ali Rada deputatları qarşısında çıxış etməyə imkan verilməsi tələbi irəli sürüləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]