Xəbərlər

Türkiyə prezidentinin Azərbaycana səfəri təxirə salınıb

30-08-2017, 20:59

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb.

Xeberman.com Report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.

Onun sözlərinə görə, hazırda səfərin yeni tarixinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.

Eyni zamanda, səfir bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü, əvvəlcədən məlumat verildiyi kimi, sentyabrın 5-6-da keçiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]