Xəbərlər / Maraqlı

Qəribə cinayət işi: Sevdiyi qadın ölkədən getməsin deyə həbs etdirib

16-08-2017, 17:42

Barəsində həbs qətimkan tədbiri seçilərək, 9 aydır təcridxanada saxlanılan şəxs bu gün azadlığa buraxılıb. Bu barədə vəkil Adəm Məmmədov məlumat verib.

Xeberman.com" “AzPolitika.info”ya istinadən xəbər verir ki, vəkil müvəkkilinin günahsızlığını sübuta yetirə bilib : “Hüquqlarını müdafiə etdiyim Eyyubova Tamilla AR CM-nin 178.3.2-cü maddəsi (küllü miqdarda dələduzluq 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzas nəzərdə tutulur) ilə ittiham olunardu. O, güya Cəfərov Elman Məmməd oğlunun 280 min ABŞ dollarını ələ keçirməkdə təqsirləndirilirdi. Buna görə də iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdi”.

Ancaq Adəm Məmmədov bu işdə müvəkkilinin günahı olmadığını sübut edərək, onun bəraətinə nail olub: ” Tamilla Eyubova 9 aydır həbsdə qalmasına baxmayaraq, barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə nail oldum. Və o, həbsdən azad edildi”.

Adəm Məmmədov bu işlə bağlı məlumat verərək bildirdi ki, müvəkilinə qarşı öz şəriki tərəfindən əsassız ittiham irəli sürülüb: “Hər iki şəxs Gürcüstan Respublikasında şərikli otel işlədiblər. Şərikli fəaliyyət zamanı müflis olmuşlar. Yəni yatırım etdikləri pullara görə qazanc edə bilməyiblər. Üstəlik yatırdıqları əsas məbləği belə qazana bilməyiblər. Buna görə də ortada hər hansı dələduzluq faktından söhbət gedə bilməz.”

Adəm Məmmədov bildirdi ki, işin ən maraqlı tərəfi zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə istintaq hərəkəti zamanı Elmanın hüquqlarını müdafiə etdiyim şəxsi sevdiyini etiraf etməsidir: “Elman müvəkkilim Tamillanı hələ sevdiyini öz ifadəsində bildirməsidir. Elmana sual veriləndə ki, nə üçün sevdiyin qadını tuturmusan, o bunu əsəbləşərək etdiyini göstərmişdir. İstintaq materiallarından da müəyyən olunur ki, Elman Tamillanı sevdiyi üçün ona qarşı qısqanclıq zəminində ittiham irəli sürərək, həbsə alınmasına nail olub. Daha doğrusu müvəkkilim Tamilla dəfələrlə ölkəni tərk edib, getmək istəyib. Elman da bunun qarşısını almaq üçün ona qarşı iddia qaldırıb və həbs etdirməyə nail olub. Ancaq bizim təqdim etdiyimiz sübutlar nəticəsində istintaq zamanı bu ittihamların əasasız olduğu müəyyən edildi və müvəkkilim azadlığa buraxıldı. Hazırda da Elman hüquqlarını müdafiə etdiyim şəxsə sevgi mesajları yazmaqda davam edir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]