Maraqlı / İslam

Sürücü avtobusu dayandırıb namaz qıldı

12-08-2017, 12:47

Sürücü avtobusda namaz qılıb.

GoldNews.Az xəbər verir ki, Şişlidə ictimai nəqliyyatı dayandıran sürücü səccadəsini orta qapının önünə sərərək sərnişinlərin çaşqın baxışları altında namaz qılmağa başlayıb. Şişli-Karayolları səfərini edən A-339 nömrəli xüsusi ictimai nəqliyyatın sürücüsü namazı bitirdikdən sonra yerinə keçərək maşını yenidən hərəkət etdirib.

Yol ortasında baş verən hadisəyə sərnişinlərin bir qismi reaksiya göstərib, ancaq sürücü bir qarşılıq vermədən yola davam edib.

Sərnişinlərdən biri hadisəni videoya çəkib və sosial mediada paylaşıb. Sosial mediada isə həmin şəxsin hərəkətini qınayanlar da, alqışlayanlar da olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]