Mədəniyyət

Rasim Balayev: Onlara aktyor demirəm, yazığım gəlir

9-08-2017, 13:53

Xalq artisti Rasim Balayev yaradıcılığı, yerli film, seriallar və yeni nəsil aktyorlar haqqında danışıb.

Xeberman.com modern.az-a istinadla xəbərinə görə, o, durğunluq dövründədir və hazırda evdə istirahət edir.

“İndi evdə istirahət edirəm. Yaradıcılıq isə sıfırdır. Çünki mən istədiyim filmlər yoxdur. Ona görə günlər boşuna gedir. Filmlərə, seriallara dəvət olsa da, hamısı səviyyəsizdir. İndiki filmləri arabir izləyirəm. Filmlərimizdə mən istədiyim səviyyə yoxdur. Tamaşaçının, doğrudan da, sevdiyi filmlər çəkilmir.

İki nəfər meymunluq edən adam var. O da səviyyəsiz tamaşaçılara hesablanıb. Guya bunlar adamları güldürürlər. Amma özlərini gülünc vəziyyətə salırlar. Adamın yazığı gəlir ki, insan da insanı güldürmək üçün özünü belə rəzil vəziyyətə salarmı?! Həmin adamlara aktyor demirəm və onlara yazığım gəlir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]