Xəbərlər / Şikayət

Tanınmış restoranında natəmizlik – FOTO

18-07-2017, 15:30

Bakının tanınmış restoranında xoşagəlməz hal baş verib.

Oxuculardan biri Oxu.Az-a bildirib ki, 18 iyul tarixində Bakının mərkəzində yerləşən “Konti” restoranına həyat yoldaşı ilə nahar etməyə gedib.

O bildirib ki, restoranda əyləşərkən masanın yanında tarakan görüb. Bununla bağlı ofisiantı çağırıb, ofisiant bildirib ki, bu, tarakan deyil: “Ofisiantdan administratorun gəlməsini tələb etdim. Özünü təqdim etməyən bir şəxs gəldi. O şəxs dedi ki, bu obyektdəki mebelin həşəratıdır. Sonra o salfetlə həmin həşəratı başqa yerə atdı. Daha sonra bizə yemək gətirdilər, boşqabda da bir tarakan gördüm, öz iradımı bildirdim. Ofisiant yenə o şəxsi çağırdı, həmin şəxs də tarkanı yenə salfetlə başqa yerə atdı”.

Müştəri administratora öz iradını bildirmək istəsə də, buna nail ola bilməyib. O bildirir ki, restoranda ona yeməyi pulsuz veriblər və növbəti dəfə pulsuz bir nahar etməyi təklif ediblər: “Mən bununla razılaşmadım, naharın tam pulunu ödəyərək həmin yerdən uzaqlaşdım. Mən çox təəccübləndim ki, Bakının mərkəzində belə bir natəmizlik ola bilər”.


Administratorla əlaqə

077 611-55-22

[email protected]