Xəbərlər / Maraqlı

Həyatı boyu 270 min kilometr məsafəni qaçıb

18-07-2017, 10:00

Keçmiş britaniyalı marafonçu Ron Hill son 50 ildə hər gün 1.6 kilometrlik məsafəni qaçıb.

Bu barədə “BBC News” xəbər verir. Məlumata görə, kişi 1964-cü ilin 20 dekabr tarixindən etibarən qaçmağa başlayıb. 76 yaşlı idmançı Mançesterdəki 5 kilometrlik qaçışda iştirak edib. O, qaçışdan sonra jurnalistlərə açıqlamasında belə deyib: “Əgər siz qaçmağı özünüzə adət etsəniz, bu, çox asan olacaq. Hamıya sadəcə qaçmağı məsləhət görürəm. Və təkcə 5 dəqiqədən sonra siz ritmi hiss edəcəksiz və çox xoşunuza gələcək”.

Son 50 ildə üst-üstə idmançı 270 min kilometr qaçıb. Ron Hill Boston marafonunda qalib gələn ilk britaniyalı qaçış ustası olub. Bundan başqa, o, üç dəfə olimpiya oyunlarında iştirak edib. 19670-ci ildə Yedinburqda qızıl medala layiq görülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]