Xəbərlər / Şikayət

Socarın "Qara Kralı" Mikayıl İsmayılovun "adamları" Laçın qaçqınına göz verir işıq vermir - ITTIHAM

17-07-2017, 10:32

Mikayıl İsmayılov məcburi köçkünləri dövlətə qarşı potensial düşmənə çevirir

Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban Əliyevaya

Şikayət

Mən Həsənov Şəmsəddin Qəzənffər oğlu Laçın rayonu Qarakeçdi kəndindən məcburi köçkünəm.
1998-ci ildən Suraxani Rayonu, Yeni Gunəşli qəsəbəsində yerləşən 258 saylı bağçada məskunlaşmışam.
Tabeliyimdə 3 azyaşlı uşaq var.Həyat yoldaşım 2 ci qrup əlildir Bunları nəzərə alıb mənə kömək etməyinizi xahiş edirəm.

Biz Laçın rayonunda tanınmış nəsilik.Daim dövlət və dövlətçiliyi qorumuşuq. Ümummilli lider,Azərbaycan dövlətinin memarı,cənab Heydər Əliyevin apardığı siyasəti həmişə dəstəkləmişik.

Babam,Həsən Həsənov 1937-ci ildə Kənd Təsərüfatı üzrə Azərbaycana ilk Lenin ordenini gətirib.Əmim, Hüseyn Həsənov 25 il Laçın qəzetinin baş redaktoru olub.

1937 ci ildən Mircəfər Bagirovun göstərişinə əsasən Həsən Cümşüd oğlu Həsənova qoyunçuluğun inkişafı üçün Ağcəbədi rayonunu Qaradolaq kənd ərazisindən qış yataqları üçün yer ayrılsın və Ağcəbədi rayonuna isə Laçın rayonunun ərazisindən yaylaq verilsin. 1937-ci ildən indiyənə kimi Laçın rayonunun əhalisi həmin qış yataqlarına gəlib getməkdədir.Hazırda isə 1992- ci ildən bu yana Laçının əhalisinin 80% faizi həmin ərazidə yaşamaqdadır. Həsən babamın 37-ci ildə öküz qoşqusuyla qazdırdığı bulaq bu günümüzə qədər də axır.

2003-cü ildən SOCAR ITTB işləyirəm.İdarənin müdiri Qurbanov Elsevər Əli oğlu və müavini Nazim Əliyev tərəfindən həmin idarənin 1 nömrəli sahəsindən uzaqlaşdırdım.

Qurbanov Elsevər Əli oğlu və müavini Nazim Əliyev 2013-cü ildə mənə hədə-qorxu gələrək əmrimi verərək quru sahəsinə yolladılar.4 ildirki quru sahəsində işləyirəm. Çalışdığım müddətdə işimdə heç bir nöqsanım olmadığı halda mənim dəniz əmsalım kəsildi.

Dəfələrlə Elsevər müəllimin yanında olub xahiş etmişəm ki,tabeliyimdə 3 azyasli uşaq var.Həyat yoldaşım isə 2-ci qrup əlildir.Yeni Günəşli qəsəbəsində 258 saylı baxçanın zirzəmisində yaşayıram.Fəhlə adamam.Mənlə nə işiniz var?İmkan verin fəhləlilklə ailəmi dolandırım.

Bunların əvəzində isə Elsevər Qurbanov mənə dedi ki,nə qədər mən buradayam sənə zülüm verəcəm.

Ölkə basçısı İlham Əliyevə, Mehriban Əliyevaya şikayət edəcəyimi bildirəndə isə mənə dedi ki,"mən SOCAR-da Mikayil Ismayılovun adamıyam".Hec kimdən qorxum yoxdur. Nə bacarırsan elə .İmkanın çatsa Putinə,Trampa da müraciət ünvanla."

Cənab prezident,hörmətli Mehriban Əliyeva,Mikayıl İsmayılova arxalanan Elsevər Qurbanov sizə şikayət edəcəyimi də ironiyayla qarşıladı.

Sizdən xahiş edirəm,bu adamların əlindən məni qurtarıb bir başqa sahəyə göndərilməyimə köməklik edəsiniz. Mən bu adamların əlindən intihar etmək səviyyəsinə gəlib çatmışam.

Redaksiyadan: Müraciətdə adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Həsənov Şəmsəddin Qəzənffər oğlu
+99470 300 05 03
Mediaxeberleri.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]