Kriminal

Ermənilərlə birlikdə fahişəlik edən azərbaycanlı qadınlar saxlanıldı

16-07-2017, 13:08
Türkiyənin Aydın bölgəsinin Quşadası qəsəbəsində fahişəliklə məşğul olan xarici ölkə vətəndaşı qadınlara qarşı polis əməliyyatı keçirilib.
Xeberman.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, polisə bəzi bar sahiblərinin xaricdən qadın gətirərək fahişəliyə cəlb etdiyi haqda məlumat daxil olub. Bu məlumat əsasında polis qəsəbədəki 2 evdə, 2 barda və 3 avtomobildə gecə axtarış aparıb. Axtarış zamanı fahişəliklə məşğul olan 2 Azərbaycan, 3 Ermənistan, 2 Özbəkistan, 3 Qazaxıstan, 2 Ukrayna, 4 Qırğızıstan vətəndaşı olmaqla cəmi 16 qadın saxlanılıb. Həmin qadınları fahişəliyə cəlb edən 5 nəfərin barəsində həbs qərarı verilib. Saxlanılan qadınlar isə dindirmədən sonra deportasiya olunacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]