Layihə / Maraqlı

Müharibə və əmək veteranları ilə hüquqşünasların görüşü keçirilib

15-07-2017, 09:40



İyulun 12-də “Müvəkkil” Hüquq Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili” layihəsi çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında müharibə və əmək veteranları ilə hüquqi -maarifləndirici görüş keçirilib.



Görüşü giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq bildirmişdir ki, bu gün ki, bu gün ölkə rəhbərliyi tərəfindən müharibə və əmək veteranlarına xüsusi diqqət və qayğı mövcuddur.





Cəlil Xəlilov eyni zamanda bu görüşün Müvəkkil Hüquq Mərkəzinin təşəbbüsü ilə reallaşdığını bildirərək, bu kimi sosial yönümlü layihələrin həyata keçirilməsində dövlət tərəfindən dəstəyin göstərilməsini yüksək qiymətləndirmişdir.





Daha sonra Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov çıxış edərək bildirmişdir ki, həyata keçirilən layihənin məqsədi müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili edilməsi ilə onların maariflənməsinə xidmət etməkdir.



Layihə çərçivəsində müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi xidmətlərin təşkil edilir.



Layihə rəhbəri Səməd Vəkilov və hüquqşünas Mobil Vəkiloğlu müharibə və əmək veteranlarının qanunvericiliklə verilən əlavə hüquq və imtiyazlar haqqında geniş məlumat verdi.



Görüşdə müharibə və əmək veteranlarını maraqlandıran suallar cavabladırıldı.



Görüş iştirakçılarından bir neçəsi üçün isə vaxt təyin edilərək növbəti həftədə əlavə hüquq yardımın göstərilməsi qərara alındı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]