Xəbərlər / Siyasət

Lapşinin məhkəmə istintaqı yekunlaşıb

12-07-2017, 17:40

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bloqer Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xeberman.com Report-a istinadən verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə əlavə şahid qismində ekspert Almaz Bayramova ifadə verib.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib.

Məhkəmə iyulun 14-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]