İqtisadiyyat

Mingəçevir Sənaye Parkında milli tekstil brendləri yaradılacaq

11-07-2017, 13:11

Sumqayıt Kimya Sənaye Parkı Mingəçevir Sənaye Parkına ilk rezidenti qəbul edib.

İqtisadiyyat Nazirliyindən Xeberman.com-a verilən məlumata görə, bu, “Mingəçevir Tekstil” MMC-dir.

Şirkət sənaye parkında Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında ildə 20 min ton iplik istehsal edəcək fabriklər inşa edəcək. Müəssisələrdə 550 iş yerinin açılması nəzərdə tutulur. Artıq fabriklərin inşasına başlanılıb.

Belə müəssisələrin yaradılması yüngül sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]