Xəbərlər / Elm

Türkiyədə 1-ci olan azərbaycanlı tələbə Günel: "Azərbaycandan iş təklifi almamışam" - VİDEO

8-07-2017, 19:03

Türkiyənin Bahçeşehir Universitetinin birincisi olan Günel Musayeva sosial şəbəkədə ona dəstək olan hər kəsə təşəkkür edib.

AZXEBER.COM-un məlumatına görə, o minlərlə təbrik məktubunu aldığını və bundan çox məmnun olduğunu dilə gətirib.

Günel Musayeva qeyd edib ki, magistr təhsilini də Bahçeşehir Universitetində 100%-lik təqaüdlə alacaq: "Mən bakalavr təhsilimi olduğu kimi, magistr təhsilimi də Bahçeşehir Universitetində alacam. Universitet mənə və bacım Xeyransaya burs verdi. Buna görə doğma universitetimə təşəkkür edirəm".

O Azərbaycandan hələ ki, iş təklifi almadığını deyib: "Hələ ki, Azərbaycandan iş təklifi almamışam. Bundan sonrakı karyeramı harada quracağım barədə qərar verməmişəm. Hələ ki, təhsili düşünürəm"

Administratorla əlaqə

077 611-55-22

[email protected]