Xəbərlər / Dünya / Foto Fakt

Türkiyənin ən məşhur media orqanları Zəhra üçün 'Twitter'də kampaniyaya başladılar - FOTOLAR

6-07-2017, 15:12

Türkiyənin nüfuzlu İhlas Xəbər Agentliyində (İHA), "Türkiyə" qəzeti və TGRT Haber kanalının Twitter shifələrində "SUSMA! #BebekKatiliErmenistan başlığı ilə paylaşımlara start verilib.

AZXEBER.COM-un məlumatına görə, 553 min 105 izləyicisi olan İhlas Xəbər Agentliyi, 209 min 410 izləyici sayına sahib "Türkiyə" qəzeti, 386 min 412 izləyicisi olan TGRT Haber kanalının səhifələrində "2 yaşlı Zehra yürekleri dağladı" başlıqlı yazını paylaşıblar.

Jurnalist İsmayıl Okan Ukavın qələmə aldığı yazıda iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması və bu hücumun nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızının və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızının vəfat etməsi ilə bağlı məlumatlar qeyd edilib.

Türkiyəli jurnalistin hazırladığı yazıda baş verən hadisəylə bağlı məlumat verən jurnalist Əfsələddin Ağalarov Türkiyə cəmiyyətini Zəhranın ölümü ilə bağlı sosial şəbəkələrdə paylaşımlar etmək üçün aktiv olmağa səsləyib. O hadisənin təfərrüatları ilə bağlı geniş açıqlama verib.

Bundan başqa, Azxeber.com portalının baş redaktoru Hacıbey Heydərli də Tükiyənin məşhur "haberiniz.com.tr" saytına erməni terrorundan danışaraq Zəhranın öldürülməsi ilə bağlı Türkiyə cəmiyyətinin sosial şəbəkələrdə paylaşımlar etməyə çağırıb.

Həmin yazının orjinalını buradan oxuya bilərsiniz:

http://www.tgrthaber.com.tr/gundem/ermenistanin-katlettigi-2-yasindaki-zehra-yurekleri-dagladi-185994

http://www.iha.com.tr/haber-ermenistanin-katlettigi-2-yasindaki-zehra-yurekleri-dagladi-655739/

http://m.turkiyegazetesi.com.tr/dunya/486991.aspx

http://haberiniz.com.tr/haber/dunya/418053/hacibey-heyderli-ermenistan-devleti-cocuk-katili-oldugunu-bir-daha-ispatladi.html





Administratorla əlaqə

077 611-55-22

[email protected]