Əsas Səhifə / Xəbərlər / İdman

Azərbaycanlı biznesmendən “Beşiktaş”a jest

4-07-2017, 21:43

Türkiyənin “Beşiktaş” klubu “Real Madrid”in müdafiəçisi Pepenin transferində razılaşma əldə edib.

Oxu.Az Milliyet -ə istinadən xəbər verir ki, klubun vitse-prezidenti portuqaliyalı ulduzun sabah İstanbula gələcəyini açıqlayıb.

Məlumata görə, Pepe İstanbula azərbaycanlı iş adamı Mübariz Mənsimovun özəl təyyarəsi ilə gələcək.

Qeyd edək ki, Mənsimov “Beşiktaş”ın azarkeşidir və mütəmadi olaraq kluba yardım edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]