Xəbərlər / Analitika
Sarkisyan “aprel müharibəsi”nin əsl səbəbini açıqladı
4-07-2017, 20:50
“Aprel müharibəsi” Bako Saakyanın hakimiyyətinin uzadılmasına şərait yaratdı.
Xeberman.com Publika.az-a istinadla xəbər verir ki, bu etirafla erməni politoloq Manvel Sarkisyan çıxış edib.
Onun sözlərinə görə, Dağlıq Qarabağda (qondarma “DQR”) keçirilən “konstitusiya islahatları” Saakyanın hakimiyyətinin müddətsiz edilməsinə hesablanıb: “Əvvəlki qanunla iki dəfədən artıq müddətə seçilməyə icazə verilmirdi. İndiki qanunlar isə bu qadağanı aradan qaldırdı”.
“Apreldə baş verən müharibədən də hakimiyyətin uzadılması üçün istifadə edildi”, - deyə o bildirib.
Qeyd edək ki, “lragir” saytı da İrəvan rejiminin “aprel müharibəsi”ndən istifadə edərək, qondarma “DQR”-də Bako Saakyanın səlahiyyət müddətini artırdığını yazıb.