Xəbərlər / Hava haqqında

SABAHA OLAN HAVA PROQNOZU AÇIQLANDI

3-07-2017, 12:50

İyulun 4-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək.

ETSN-dən Xeberman.com-a verilən məlumata görə, havanın temperaturunun gecə 22-27° isti, gündüz 34-39° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı - 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]