Əsas Səhifə / Elm

Təhsil Nazirliyində Akiv Çovdar bandasının dəsti-xətti

10-01-2016, 19:52

Təhsil Nazirliyində Akiv Çovdar bandasının dəsti-xətti

 

2014 cü ildə Təhsil Nazirliyi ilə  "Birgə Fəaliyyət haqqında” müqaviləyə əsasən fəaliyyət göstərən "Ömər Xəyyam Dərsxanasi” Hazırlıq və Abituriyent kursları Təhsil Nazirinin müavini Ceyhun Bayramovun qanunsuz müdaxiləsi ilə fəaliyyətini müvəqqəti dayandırmağa məcbur olub. Bu barədə mətbuata "Ömər Xəyyam Dərsxanasi” Hazırlıq və Abituriyent kurslarının təsisçisi və rəhbəri Azər Paşayev məlumat verib.

O qeyd edib ki, hazırda məhz Təhsil Nazirinin müavini Ceyhun Bayramov qanun çərçivəsinə sığmayan, şəxs qəsd-qərəzinə və hansısa müəyyən maraqlarına görə təhsil sahəsində sahibkarlıq fəaliyyətimi dayandırmağa məcbur olmuşam. Təhsil Naziri Mikayıl Cabbarovun öz müavinin qanunsuz fəaliyyətlərindən xəbəri yopxdur. Nazir bilmir ki. Müavini Ceyhun Bayramov Prezident İlham Əliyevin sahibkarlarla bağlı tövsiyyələrinə, göstərişlərinə qarşı çıxır. Ceyhun Bayramov fəaliyyəti Dövlət Başçısına qarşı, milli təhsil sisteminə qarşı sabotajdır, təxribatdır. Bu yüksəkçinli məmur milli təhsilin inkişafına, yüksək savadlı abituriyentlərin hazırlanmasına şərait yartmaq əvəzinə vəzifə səlahiyyətlərindən istifadə edib, qarşısını alır.

Azər Paşayev qeyd edib ki, "Ömər Xəyyam Dərsxanasi” Hazırlıq və Abituriyent kurslarının təsisçisi və rəhbəri bir neçə məktəblə, həmin məktəblərin binasından istifadə etmək məqsədilə icarə müqaviləsi baglayaraq abituriyent hazırlğı kursları açmışdır.

 2014-cü il Noyabr ayının 20-də isə onu Milli Təhlükəsizlik Nazirliyi Yasamal Rayon İdarəsinə dəvət edirlər.  Müxtəlif bəhanələr gətirərək fəaliyyətinin davam etdirilməsi  üçün "Salam verib Hal əhval tutması ” tövsiyyə olunur. Lakin "Ömər Xəyyam Dərsxanasi” rəhbəri Azər Paşayev bundan birmənalı şəkildə imtina edib. 2015-ci ilin avqust ayında isə özünü MTN əməkdaşı kimi təqdim edən şəxs Azər Paşayevə özünü General Akif Çovdarovun adamı kimi təqdim edərək bilirir ki, "Bəs ağsaqqal (Akif Çovdarov) deyir ki, o Azərə de necə yerlidir ki, mənə haqq vermir. Ağlını başına toplasın yoxsa qolunu-qanadını kəsərik, ac-yalavac qalar. Gəlsin salam versin”

2015-ci ilin dekabr ayının 1-də Məktəblərdən  Azər Paşayevə  Bakı Şəhər Baş  Təhsil İdarəsindən  müqaviləyə xitam verilməsi və fəaliyyətinin dayandırılması haqqda göstəriş verildiyi bildirilir. Məsələyə aydınlıq gətirmək məqsədilə Azər Paşayev BŞBTİ-ə gedərək  İdarənin Təminat və Təchizat sektorunun müdiri  Şahin İsgəndərovla görüşüb. Yerindəcə dəstəyi qaldırıb məsləyə aydınlıq gətirmək üçün kiməsə zəng edən Şahin müəllim dəstəyi asdıqdan sonra göstərişin  Mikayıl Cabbarov tərəfindən verildiyini  və bunun bütün məktəblərdə fəaliyyət göstərən hazırlıq kurslarına şamil edildiyini soyləyib. Bundan sonra verilmiş göstərişin həqiqətən də bütün hazırlıq kurslarına şamil edilib edilmədiyini araşdıran kursun rəhbəri  bunun tam əksi ilə rastlaşıb və fəaliyyətin dayandırılması haqqında göstərişin yalnız "Ömər Xəyyam Dərsanəsinə” şamil olunduğunu dəqiqləşdirib. Yenidən məsləyə aydınlıq gətirmək məqsədilə BŞBTİ-nə gedən Azər Paşayev Şahin İsgəndərovla görüşə bilməyib. Bundan sonra bağlanmış müqaviləyə müəammalı şəkildə heç bir səbəb gətirmədən xitam verilməsinə aydınlıq gətirmək mümkün olmayıb. Daha  sonra  isə məsələdən Təhsil Naziri Mikayıl Cabbarovun xəbəri olmadığı və Təhsil Nazirliyində MTN-in, əslində General Akif Çovdarovun sifarişinin icra edildiyi üzə çıxıb.

 

Məsələnin cənab Mikayıl Cabbarova çatdırılmasının qarşısı isə ciddi cəhdlərlə alınmaqdaır. Nəticədə "Ömər Xəyyam Dərsanəsində” çalışanlar işsiz qalmış və dövlət büdcəsinə ödəmələr dayanmış sahibkara ciddi maliyyə zərəri vurulmuşdur. 2015 ci yeni dərs ilindən müqavilə bağlayaraq fəaliyyətə başlayan Ömər Xəyyam Dərsanəsinin rəhbəri Azər Paşayev  dekabr ayının 28-də yenidən heç bir əsas gətirilmədən bağlanmış müqaviləyə vaxtından əvvəl xitam verilməsi haqqında məlumat alır.

BŞBTİ-ə üz tutan  Azər Paşayev rəhbər şəxslərlə görüşsə də məsələnin onların səlahiyyəti çərçivəsində olmadığını əsas gətirərək heç bir köməklik göstərə bilməyəcəklərini söyləyiblər. Müqaviləyə xitam verilməsi üçün heç bir arqument gətirə bilmədiklərini, "Birgə Fəaliyyət Haqqında müqavilənin nə üçün tərtib olunduğunu və kimələrə şamil olunub kimlərə olunmadığını izah edə bilmədiklərini  söyləyən Azər Paşayev  nazir müavini Ceyhun Bayramovun bağlanmış müqaviləyə əhəmiyyət vermədiyini və bunun yenə də cənab Nazirin göstərişi olduğunu  bildirib. Nəticədə yenə də hər kəsin işləməyə ehtiyacı olan bir vaxtda yeni iş yerləri yaratmaq  əvəzinə mövcud iş yerlərini şəxsi istəkləri naminə bağlayaraq insanları işsiz qoydular. Eyni zamanda Abituriyentləri də düşünməyən bu adamlar kimlərə və nəyə xidmət etdikləri məlum deyil.

Azər Paşayev həmçinin bildirib ki, Prezident cənab İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə və Baş Prokuror Zakir Qaralova məsələ ilə bağlı rəsmi müraciət hazırlayır.

Araşdırmamız zamanı məlum olmuşdur ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin eks-rəisi, Hazırda ağır cinayətlərdə ittiham olunaraq həbs edilən general-mayor Akif Çovdarovun kürəkəni, vəzifəsindən kənarlaşdırımış polkovnik-leytenant Rəşad Əmircanov MTN Əks-kəşfiyyat Baş İdarəsi Təhslidə Nəzarət Şöbəsinin rəsi vəzifəsini icra etmiş, Təhsil Nazirliyi və Ali Təhsil müəssisələrindəki MTN-nin rəsmi  təhkimçilərini kurasiya etmişdir.

 

Təhsil Nazirinin müavini Ceyhun Bayramovun Rəşad Əmircanov vasitəsiylə Akiv Çovdar bandası ilə əməkdaşlıq etdiyi şübəhələri üzə çıxmaqdadır. Bu barədə geniş araşdırma aparırırq..




-- 
KAMAL ALTUNER

Administratorla əlaqə

077 611-55-22

[email protected]