Xəbərlər / İqtisadiyyat

Moskvada Telman İsmayılovun iki mənzilinə həbs qoyuldu

30-06-2017, 19:41

Moskva vilayətinin Arbitraj Məhkəməsi azərbaycanlı biznesmen, “AST” qrupunun təsisçisi Telman İsmayılovun Moskva ətrafındakı 3 torpaq sahəsi ilə bağlı sazişə həbs qoymaqdan imtina edib.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Məlumata görə, ümumi sahəsi 292 kvadrat metr olan, Moskvanın Kutuzov prospektində yerləşən beşotaqlı və altıotaqlı iki mənzilinə həbs qoyub. Bu daşınmaz əmlak T.İsmayılovun 2005-ci ildə Fransada anadan olmuş nəvəsi Telmanın adınadır. Məhkəmə bu mənzillərlə istənilən sövdələşməyə qadağa qoyub.

Arbitraj məhkəməsi mart ayında İsmayılovu bankrot elan edib və onun mülkiyyətinin satışı proseduruna açıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]