Siyasət

Hakimiyyətlə Avropa Parlamentinin davası yenidən alovlanır - Pərdəarxası

25-06-2017, 16:35
Bəzi qüvvələrin təsiri və təzyiqi altında Avropa Parlamenti kimi ciddi qurum tərəfindən kampaniya başlanıb. Anti-Azərbaycan dairələr hakimiyyətə qarşı növbəti piara başlayıb

Ulus.Az xəbər verir ki, 2016-cı ilin sentyabr ayından Azərbaycanın “Avronest”də fəaliyyətinin bərpa olunduğu və Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi bir dövrdə bu cür qətnamənin qəbul edilməsi ikitərəfli münasibətlərə xələl gətirə bilər.

Azərbaycan Avropa İttifaqının üzvü deyil və onun qarşısında heç bir öhdəlik daşımır. Avropa Parlamentinin qətnaməsi Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir.

Avropa İttifaqında və Avropa Parlamentində olan sağlam qüvvələr Azərbaycana qarşı yönələn bu cür qərəzli və bədxah hərəkətlərin qarşısını almalıdırlar.

Təəssüfləndirici hal ondan ibarətdir ki, bəzi deputatlar regionda mövcud geosiyasi durumu nəzərə almadan, baş vermiş adi bir kriminal hadisədən siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərini anlamadan bu müzakirələrdə iştirak edib və təklif olunan qətnamə layihəsini dəstəkləyiblər.

Ulus.Az xəbər verir ki, heç bir əsası olmayan sənədin qəbul edilməsi məlumatsızlıqdan və qərəzdən irəli gəlir.

Bu gün bizə də məlumdur ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərini korlamaq istəyən qüvvələr var. İndiki dövrdə qətnamələrlə, bəyanatlarla hər hansı məsələ həll olunmur.

Onların konkret səbəb göstərdikləri məsələ ilə bağlı qətnamə qəbul etmələri doğru hal deyil. Çünki hələ istintaq davam edir. İstintaqın nəticəsi olmadığına görə konkret söz demək mümkün deyil.

Təbii ki, istintaq yekunlaşdıqdan sonra fikir irəli sürmək olar. Sadəcə, belə hallar işin gedişinə təsir kimi qiymətləndirilə bilər. Ona görə də indi tələsik qətnamə qəbul edilməsi heç cür başadüşülən deyil.

İstənilən məsələ dialoq çərçivəsində əməkdaşlıq yolu ilə aradan qaldırılmalıdır. Dialoq ən optimal variantdır və buna üstünlük verilməlidir.

İndi elə bir zamana gəlib çatmışıq ki, beynəlxalq hüquq da heç bir təşkilata əsas vermir ki, hansısa dövlətlə bəyanat və ya qətnamə dili ilə danışsın.

İnanmaq istəyirik ki, Avropa Parlamentinin deputatları Azərbaycanla Avropa İttifaqı arasındakı böyük layihələri nəzərə alacaq və ölkəmizə qarşı belə qərəzli əməllərindən əl çəkəcəklər. Onlar istənilən halda seçicilərinin maraqlarına uyğun hərəkət nümayiş etdirməlidirlər.

Heç bir əsası olmayan sənədin qəbul edilməsi məlumatsızlıq və qərəzdən irəli gəlir. Bu gün bizə də məlumdur ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərini korlamaq istəyən qüvvələr var.

Ona görə ki, bəzi qüvvələr Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında maraqlı deyillər və münasibətlərin pozulmasının tərəfdarıdırlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]