Gündəm / Media

Fikrət Fərəməzoğluna hökm oxundu

14-06-2017, 19:01

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Jam.az” saytının baş redaktoru Fikrət İbişbəylinin (Fərəməzoğlu) cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Xeberman.com Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Fikrət Fərəməzoğlu son sözlə çıxış edib.

O, çıxışında heç bir günahının olmadığını deyib: "Məhkəmədə mənə verilən ittihamlar sübuta yetirilmədi. Ona görə barəmdə bəraət hökmünün çıxarılmasını istəyirəm".

Hakimlər kollegiyasının hökmü ilə Fikrət Fərəməzoğlu 7 il müddətinə azadlıqdan məhrum edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]