Əsas Səhifə / İqtisadiyyat

Dolların yarım saatlı 1.05 manata düşməsinin ilginc səbəbləri

9-01-2016, 16:50
Dolların yarım saatlı 1.05 manata düşməsinin ilginc səbəbləri

Məlumat verdiyimiz kimi ötən axşam saat 21:00 radələrində beynəlxalq valyuta bazarlarında 1 dollar 1.05 manata olub. Xeberman.com -un  luxlife.az-a istinadən xəbər verir ki, həmin xəbər yayıldıqdan sonra oxucularımız dolların birdəfəlik 1.05 məzənnəsinə düşdüyünü güman ediblər. Ancaq bu yalnız yarım saat ərzində baş verən bir proses olub. yarım saat sonra dollar manata münasibətdə yenidən hazırkı məzənnəsinə qayıdıb.  


 Bu proses necə baş verdi?  


Məlumatı yayarkən Bloomberg agentliyinin maliyyə diagramlarına istinad etmişdik. Həmin diagramların ekran çəkilişlərindən də görünür ki, ötən gün saat 21:07-də dollar doğrudan da 1.05 manata satılıb. Agentlik gün ərzində monitorinq aparır. Valyuta alqı-satqısında nə proses baş verirsə, hamısını qeydə alır. Əgər həmin vaxt Bloomberg-in məlumatlarında 1.05 məzənnəsi göstərilibsə, deməli kimsə həmin məzənnə ilə dollar alıb və satıb. Bunu texniki səhv kimi dəyərləndirənlərin də olmasına baxmayaraq, burada heç bir səhvdən söhbət gedə bilməz.  


 Bloomberg agentliyinin diagramı 



 Yarım saatlıq məzənnə dəyişikliyi kimə lazım idi?  


 Əvvəllər də Forex-də söhbət otaqları (chatroom) vasitəsilə valyuta məzənnəsi üzərində manipulyasiyalar olub. Forex skandalları barədə internetdə ətraflı məlumat var. Yəni bu bilinməyən bir üsul deyil. "Chatroom"larda maraqlı tərəflərin dəqiq vaxtda və məzənnədə bazara daxil olub valyuta alqı-satqısı həyata keçirməsi üçün əvvəlcədən razılaşdırmalar aparılırdı. Hazırkı nümunədə isə ümumiyyətlə "chatroom"a ehtiyyac yoxdur. Görünür manatı bu məzənnə ilə alqı-satqı edənlər bir-birilərini tanıyırlar.  Dolların aşağı kursla bazara çıxarılması üçün çox böyük və nəzarətsiz usd fondları lazımdır. Belə fondların mövcudluğuna isə heç kimin yəqin ki, şübhəsi yoxdur. Əvvəlcədən razılaşdırılmış vaxtda alıcı və satıcının hərəkətsiz bazara girməsi nəticəsində, qısa zaman kəsiyində istənilən məzənnə ilə alqı-satqı aparıla bilər. 




Qaldı ki, texniki xəta variantına niyə bu xəta həmişə manata dəyər qazandırır? Nəyə görə bir dəfə də olsun 1usd=5azn olmur? Sual yaranır ki, sırf dolların manat qarşısında ucuzlaşması kimə lazımdır?  Əgər bloomberg məzənnəni qeyd alıbsa deməli həmin məzənnədə alqı-satqı əməliyyatı aparılıb, yəni burda heç bir texniki xətadan söhbət gedə bilməz. Çox heyf ki, Bloomberg həmin məzənnə ilə alqı-satqı edənləri açıqlamır, yoxsa geniş araşdırma aparardıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]