Xəbərlər / Gündəm

Azərbaycanda vulkan püskürüb – YENİLƏNİB + VİDEO

13-06-2017, 00:33

Paytaxtın Binəqədi rayonunda yerləşən Keyrəki palçıq vulkanı püskürüb.
Xeberman.com Xəzər TV-yə istinadən məlumat verir ki, vulkan püskürmə məhsulları3,5 hektara yaxın əraziyə yayılıb.

Xaric olmuş püskürmə məhsullarının qalınlığı mərkəzdə 3 metrə yaxın, kənarlarda isə 20-30 santimetr təşkil edib.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə , püskürmə zamanı bəzi evlərdə çatlar əmələ gəlib.

Geologiya və Geofizika Institutunun elmi işçisi Orxan Abbasov deyir ki, bu palçıq vulkanı nəinki Azərbaycanda, hətta dünyada ən təhlükəli palçıq vulkanları sırasındadır.

Elmi işçinin sözlərinə görə, palçıq vulkanları ilə tikinti obyektləri arasında ən azı 2 km-dən artıq məsafə olmalıdır. Ancaq həmin ərazidə tikilən evlər palçıq vulkanına 2 km-lik məsafədən yaxındır. Vulkanın yenidən püskürmə ehtimalı da var.

Orxan Abbasov bildirib ki, palçıq vulkanının riskləri ilə bağlı mütəmadi olaraq aidiyyati qurumlara xəbərdarlıq edilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]