Xəbərlər / İqtisadiyyat

Ətin bahalaşma səbəbi bəlli oldu

12-06-2017, 21:07

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 29,447 mln. ABŞ dolları dəyərində 19 965 ton ət idxal olunub. Yəni idxal olunan 1 kq ətin orta qiyməti 1,48 dollar təşkil edib.

Xeberman.com “Report”a istinadən xəbər verir ki, 2016-cı ilin müvafiq dövründə isə ölkəyə 10,106 mln. dollar dəyərində 8 132 ton ət idxalı həyata keçirilib. Bu isə həmin müddətdə 1 kq üçün orta qiymətin 1,24 dollar olması deməkdir. Beləliklə, idxal ətin qiymətində illik 19,4% artım müşahidə olunub.

Qeyd edək ki, 2017-ci ilin ilk beş ayında ölkəyə cəmi idxalın 1,05%-ni ət təşkil edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]