Xəbərlər / Ölkə

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər bu gün sınaq imtahanları verir

11-06-2017, 11:04
Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər bu gün sınaq imtahanları verir
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali məktəblərin I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanları keçirir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanlar respublikanın 11 şəhərində - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmazda keçiriləcək. İmtahanlar ümumilikdə 30 binada təşkil olunub.

İmtahanda iştirak etmək üçün qeydiyyat internet vasitəsilə aparılıb və 15274 abituriyent qeydiyyatdan keçib. Sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır. İmtahanların idarə edilməsi üçün 91 imtahan rəhbəri, 929 nəzarətçi-müəllim ayrılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]