Xəbərlər / İdman

Türkiyənin tanınmış futbolçusunun mafiya ilə işbirliyi üzə çıxdı

10-06-2017, 15:59

Türkiyənin keçmiş futbolçusu, hazırda futbol şərhçisi kimi fəaliyyət göstərən Tancu Çolak həbs olunub.

Xeberman.com APA-ya istinadən verdiyi məlumata görə, İstanbulda həbs edilən sabiq futbolçu Ankaraya aparılıb.

Onun mafiya ilə əlbir olduğu üzə çıxarılıb və barəsində saxlanma qərarı verilib.

Qeyd edək ki, T.Çolak 1987-1991-ci illərdə “Qalatasaray”, 1991-1993-cü illərdə “Fənərbaxça” klublarında forma geyinib.

O, 7 dəfə Türkiyə çempionatının bombardiri olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]