Foto Fakt

Elton etiraz etdi: “Borcumun 5 min manatını ödəmişəm” - Foto

8-01-2016, 14:20
Müğənni Elton Hüseynəliyev adının vergi ödəməyən məşhurlar sırasında hallanmasına etiraz edib. 

Xeberman.com saytı  xəbər verir ki, müğənni sosial şəbəkədə vergi ödədiyinə dair çekin fotosunu paylaşıb. 

O bildirib ki, borcunun yarısını ödəyib: "Hörmətli jurnalistlər və Vergilər Nazirliyinin əməkdaşları, bu gün yaydığınız məlumatda adını sadaladığınız müğənnilərin içərisində mənim də adım var. Onlardan fərqli olaraq mən 12 min manat vergi borcumdan 5 min manatını dekabrın 25-i ödəmişəm. İndi toylar yoxdur, qalan borcumu ilk işim olanda ödəyəcəyimi əməkdaşlara bildirmişəm. Dövlət vergisindən yayınan, 1 manat da ödəməyənlərin içərisində adımı qeyd etməyinizi düzgün qarşılamadım. Çünki mənə deyilən vergi borcunun 50 %-ə yaxınını ödəmişəm”. 



Könül İbrahim
Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]