Dünya

Xameneidən terakt açıqlaması: Oyuncaq partlayıcılar...

8-06-2017, 03:00

"Oyuncaq partlayıcılar” xalqın iradəsinə təsir edə bilməz.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu tələbələrlə görüşü zamanı İranın Ali dini rəhbəri Seyid Əli Xamenei bəyan edib.

“İranlılar irəli gedir. “Oyuncaq partlayıcılar” xalqın iradəsinə təsir edə bilməz. Onlar çox cılızdırlar ki, İran xalqı və hökumətinin iradəsini qırsınlar. İran terrorizmə qarşı qəti mübarizə aparmasa idi, belə hadisələr daha tez-tez baş verə bilərdi ”,- deyə Xamenei bildirib.

Qeyd edək ki, bu gün İran parlamentində və Xomeyninin məqbərəsi önündə terorçuların hücumu nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb. Terrorçular hamısı zərərsizləşdirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]