Xəbərlər

Şəhərlər Trampa etiraz olaraq “yaşıllaşdı” – Foto

2-06-2017, 14:52

ABŞ da daxil olmaqla, dünyanın bir sıra ölkələrinin böyük şəhərlərində Paris İqlim Konfransına dəstək üçün binalar yaşıl rəngə bürünüb.

ABŞ Prezidenti Donalt Trampın Paris iqlim müqaviləsindən çıxmasına etiraz olaraq ABŞ-ın Nyu York, Vaşinqton şəhərləri də bu aksiyaya qoşulub. Gecələr adətən ağ işığa bürünən binalar ötən gecə yaşıl rənglə işıqlandırılıb.

Nyu York meri Kuomo məsələ ilə bağlı bunları deyib: “Ağ Evin Paris iqlim sazişindən imtina etməsi yalnız ABŞ üçün deyil, dünyamız üçün dağıdıcı təsir buraxır”.

Qeyd edək ki, D.Trampın ötən gün verdiyi bu qərara Nyu York, Kaliforniya və Vaşinqton ştatları rəsmən etiraz edib və Paris iqlim razılaşmasına sadiq qaldıqlarını bildiriblər. Bu qərara həmçinin keçmiş dövlət katibi Hillari Klinton, keçmiş prezident Barak Obama və Avropanın bir çox ölkəsi, o cümlədən AB etirazını bildirib. /// Axar.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]