Kriminal / Şou-biznes

Son dəqiqə! Müğənni Sevdanın adı adam ölümündə hallanır: prodüserindən açıqlama

1-06-2017, 21:22
Müğənni Sevda Yəhyayeva gündəmə gəlib. Amma yaradıcılığı ilə yox...

AzTv-nin əməkdaşı Lamiyə Quliyevanı idarə etdiyi maşınla vurub, öldürən Xamis Ağcayev özü də tanınmış şəxsdir.

Qəzanı törədən X.Ağcayev "SOY" prodakşnın rejissor köməkçisidir. O, bundan öncə də müğənni Sevda Yəhyayeva və Rahidə Baxışovanın prodüseri olub.

Xeberman.com bildirir ki, müğənni Sevda Yahyayevanın hazırkı prodüseri Pərviz Əsgərov big.az-ın müxbiri ilə söhbətində Xamis Ağcayevin vaxtilə Sevda Yahyayeva ilə birgə işlədiyini təsdiqləyib və bunları əlavə edib:

"Amma hamı bilir ki, artıq 9 ildir ki, Sevda xanımın prodüseri mənəm. Düşünürəm ki, Xamislə Sevda Yahyayevanın adının birgə hallanması yersiz və absurddur. Onlar çoxdan iş birliyinə son qoyublar".

"SOY" prodakşnin rəhbəri Oqtay Əliyev qafqazinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, X.Ağcayev dünən elə hadisə yerindəcə polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.

Hadisə dünən axşam saatlarında Parlament prospektində baş verib. İşdən çıxan Lamiyə Quliyeva prospektdə piyada keçidi ilə yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi "Mercedes" markalı avtomobil vurub. Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva dövlət televiziyasında suflyor mütəxəssisi işləyirdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]