Xəbərlər

Bakıda təhsil müəssisəsində müəllimlər etiraz aksiya keçiriblər

31-05-2017, 18:48

Bu gün Bakı Sosial Pedaqoji Kollecinin müəllimləri etiraz aksiyası keçiriblər.

Xeberman.com bakupost.az-a istinadən xəbər verir ki, buna səbəb müəllimlərin kütləvi şəkildə ixtisarının gözlənilməsidir.

Aksiyaçılar bildirirlər ki, müəllimlər üçün keçiriləcək imtahandan Təhsil Nazirliyinin xəbəri yoxdur. Tədris hissə müdiri Əsəd İbrahimov isə deyib ki, nazirliyin xəbəri var.

Xatırladaq ki, bundan qabaq Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması məqsədi ilə verdiyi yeni qərarı narazılığa səbəb olub.

Qərara əsasən, bu müəssisələrdə təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə birləşdirilib. Bu birləşdirilmə nəticəsində də ixtisarlar olmuşdu.

Onu da deyək ki, kollecin direktoru, millət vəkili Əhliman Əmiraslanovun qardaşı Vaqif Əmiraslanovdur.

V.Əmiraslanovun Musavat.com-a verdiyi məlumata görə, kollecdə aksiya olması barədə məlumatlar yanlışdır, təhsil müəssisəsində belə hadisə olmayıb: “Sadəcə, bu gün pedaqoji şuranın toplantısı olub və toplantıdan sonra hər kəs evinə, işinə qayıdıb”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]