Dünya / Texnologiya

İsveçrədə ilk dəfə “Facebook”da “like” görə hökm oxundu

31-05-2017, 10:55

İsveçrə sakini ölkə tarixində ilk dəfə “Facebook” sosial şəbəkəsində etdiyi bəyənməyə görə cərimə ödəməli olacaq.

Xeberman.com BBC-yə istinadən xəbər verir ki, Sürix məhkəməsi 45 yaşlı kişiyə 4 min frank (4,1 min dollar) həcmində cərimə ödəməsinə dair hökm oxuyub.

“The Local Switzerland” nəşrinin məlumatına görə, adı çəkilməyən müttəhim 2015-ci ildə Heyvanların Müdafiəsi Assosiasiyasının rəhbəri Ervin Kessleri irqçilik və antisemitizmdə ittiham edən fəalların şərhlərini “like” edib.

Buna cavab olaraq Kessler yalnız rəylərin müəlliflərini deyil, eləcə də bu rəyləri bəyənənləri də məhkəməyə verib. Belə ki, həmin bəyənmə rəyi daha çox insanın oxunması və görməsinə şərait yaradır.

Hakim həmçinin qeyd edib ki, “like” razılıq əlamətidir və cavabdeh bununla da təhqiredici rəyin müəllifləri ilə razı olduğunu nümayiş etdirir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]