Dünya

Türkiyədə qadın deputat həbs edilib – VİDEO

30-05-2017, 09:58

Türkiyədə Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilən Besimə Qönçə həbs edilib.

Xeberman.com APA-ya istinadən xəbər verir ki, silahlı terror təşkilatına üzvlükdə və terror təbliğatında ittiham edilən qadın deputat daha əvvəl həbs edilsə də, mayın 3-də azadlığa buraxılmışdı.

Lakin prokurorluq bununla razılaşmamış və qərara etiraz etmişdi. Mayın 8-də məhkəmə Besimə Qönçənin yenidən saxlanılması barədə qərar qəbul etmişdi.

Deputat 20 gün sonra Batman hava limanında saxlanılıb. Məhkəmə qarşısına çıxarılan Besimə Qönçə barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, o, azadlığa buraxılarkən ölkəni tərk etməsinə qadağa qoyulmuşdu.

Administratorla əlaqə

077 611-55-22

[email protected]