Siyasət

KXCP - 28 May Respublika Günü münasibəti ilə bayram tədbiri keçirəcək.

23-05-2017, 03:06
22 May 2017-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası, İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında, 28 May Respublika Günü münasibəti ilə bağlı, keçiriləcək tədbirlər haqqında məlumat verilmişdir. Klassik Xalq Cəbhəsi Partiyası, Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi ilə birlikdə, Azərbaycan Xalq Cumhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadənin Novxandakı abidəsi önündə, 28 May 2017-cı il, saat 14:00-da ənənəvi bayram tədbiri keçirilməsi haqqında qərar qəbul etmişdir.

KXCP İdarə Heyəti, “Azərbaycan ordusundakı vəziyyətlə bağlı”, 08 May 2017-ci il tarixli qərarından irəli gələn vəzifələri bir daha müzakirə etmişdir. KXCP, hakimiyyətdən, müharibə dövrünün tələblərini yerinə yetirən qərarlar qəbul etməyi tələb edir.

KXCP İdarə Heyəti, təşkilati məsələlər müzakirə etmiş, müzakirənin nəticəsi olaraq , uyğun qərarlar qəbul etmişdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]