Xəbərlər / Şou-biznes

Avroviziyada rüsvayçı hərəkəti edənin kimliyi bilindi – Video

14-05-2017, 16:46

Avroviziya-2017-nin Kiyevdə keçirilən finalında ötənilki yarışın qalibi, Ukrayna təmsilçisi Camalanın ifası zamanı rüsvayçı hadisə yaşanıb.

Xeberman.com Kult.az -a istinadən xəbər verir ki, Camalanın ifası zamanı səhnəyə çıxan bir tamaşaçı soyunub və əxlaqsız hərəkət edib.

***

Əxlaqsız hərəkət edənin kimliyi aydınlaşıb. Avstraliya bayrağına bürünən bu şəxs ukraynalı keçmiş jurnalist Vitali Sedyukdur. O, bir çox qalmaqallı hərəkətləri ilə hər zaman gündəmdə olmağa çalışıb.

Hollivud aktyorunu açıqlama alarkən qucaqlayıb öpməsi, 2013-cü ildə Qremmi mükafatlandırmasındakı qeyri-adiliyi ilə gündəmə gələn Sedyukun qalmaqallı 8 hərəkətindən ən "məşhuru" 2016-cı ildə Kim Kardaşyana qarşı əxlaqsızlığı idi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]