Xəbərlər

Azərbaycanda güclü zəlzələ baş verib – FOTO

11-05-2017, 10:22

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Oxu.Az xəbər verir ki, məlumatda yeraltı təkanların Saatlı rayonu ərazisində qeydə alındığı bildirilir.

“İlkin məlumatlara əsasən, yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3-4 bala qədər hiss olunub. Zəlzələnin ocağı 39 km dərinlikdə olub”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, zəlzələ Şirvan, Salyan, Lənkəran, Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss olunub.

APA-nın məlumatına əsasən, yeraltı təkanlardan sakinlər təşvişə düşüb. Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]