Ölkə

Fikrət Fərəməzoğlunun həyat yoldaşının maşınını DYP əməkdaşları əlimdən aldılar

8-05-2017, 22:25
 Fikrət Fərəməzoğlunun həyat yoldaşının maşınını DYP əməkdaşları əlimdən aldılarBu gün siyasi məhbus Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun həyat yoldaşının maşınını DYP əlindən alıb. Xeberman.com saytının verdiyi məlumata görə, bu barədə Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Nosrəti özünün facebook səhifəsində yazıb. Xeberman.com saytı Faiqə Nosrətinin yazdığı həmin məlumatı təqdim edir.

Dərnəgül yolunda maşınımı DYP əməkdaşları "HƏBS"edib əlimdən aldılar.Səbəb isə 20 manat cəriməni ödəmədiyim üçün. Hansı kı, siyasi məhbus iclasına qatılanda götürüb və daha doğrusu oğurlamışdılar.Səbəbini soruşanda niyə saxlamısız.Dedilər siz 20 manat dayanacaq pulunu ödəməmisiz və sürücülük vəsiqəmin tərcüməsinin vaxtı keçib .Onlara deyəndə mənim vəsiqəmin 10 il vaxtı var və o tərcümə ona görədir ki, siz vəsiqəni oxuya biləsiz. Əgər ingilis diliniz varsa az da olsa !Axı siz polissiniz!!dedi mən sənə subut edəcəm sənin vəsiqən yoxdur .Atanazla mən maşından düşdük. Maşını verdim və uzaqlaşdım taksi ilə.O maşınıda evimizidə həyatımızıda sizə verdım.Yoldaşım olmayandan sonra olar mənim nəyimə lazımdır?!

DİN-ə müraciyət edirəm:
Siz nə səbəbə özünüzə əziyyət verirsiniz ki?Həyat yoldaşım Fikrət Fərəməzoğlunu şərləyib həbs etdirmisiz.11 aydı məchul şəkildə həbsdədir!maşınımızın 20 manata görə həbs etdiniz,evimizin 4300 manat krediti qalib may ayının 20 sinə qədər ödənməsə Beynəlxalq bank satışa çıxardacaq!daha nəyi gözləyirsiz???Mənidə şərləyib həbs etdirin.Siz demişdiniz axı uşaqları əlindən alıb sənin başına oyun açarıq!

Gördünüzmü "şantaj"edən kimdir?Maşını əlimdən almaqla məni yolumdan qoya bilərsiniz?o arzunuza çatmaq üçün gərək ayaqlarımı sındırasız.Nə vaxtdan maşın 20 manata görə "HƏBS "edilir? Yoxsa sizin üçün həbs bu qədər rahatdır!Hansı şantaj edənin evi kreditdə olur. Keçən ilin mart ayından ancaq faizlərini ödəmişik.TƏŞƏKKÜR EDİRƏM DİN -nin rəhbərliyinə

Dostlar xahiş edirəm paylaşın .HÖRMƏTLİ jurnalistlər mənə kömək edin.

Administratorla əlaqə

077 611-55-22

[email protected]