Əsas Səhifə / İdman

Karate-Do yığma komandamız bu gün Ukraynaya səfər edəcək

2-05-2017, 00:49
Beynəlxalq Goju-Ryu Okinava Karate-Do yığma komandamız bu gün Ukraynaya səfər edəcək.
Federasiyanın mətbuat xidmətindən Xeberman.com-a verilən xəbərə görə , səfərin məqsədi Ukraynanın Xarkov şəhərində 04-07 May tarixlərində keçiriləcək Kempo , Kobudo karate üzrə açıq dünya çempionatında iştirak etməkdir.
Federasiyanın prezidenti və milli komandanın baş məşqçisi Tarverdi Allahverdiyevin rəhbərliyi altında millimiz tam heyətlə təmsil olunacaq.
Nəzərinizə çatdıraq ki,bu yarışda fəal iştirak edib aktivinə medal qazanan idmançılar qarşıdan gələn möhtəbər yarışlara lisenziya qazanmış olacaq

Komandamız May ayının 11-i vətənə dönəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]