Xəbərlər

“Facebook”da materiallardan şikayət proseduru sadələşdirilir

20-04-2017, 12:03

“Facebook” şirkəti eyniadlı sosial şəbəkədə yerləşdirilən materiallar və nəşrlərdən şikayət prosedurunu sadələşdirmək niyyətindədir.

Xeberman.com lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin qlobal əməliyyatlar üzrə vitse-prezidenti Castin Osofski bəyanat yayıb.

Onun sözlərinə görə, buna səbəb ABŞ-ın Klivlend şəhərində sevgilisi ilə dalaşan 37 yaşlı Stefen Stevensin 74 yaşlı kişini “Facebook”un canlı yayımında qətlə yetirməsidir. Bu hadisədən sonra “Facebook” rəhbərliyi standartlardan kənar video və materiallardan şikayət etmək imkanını sadələşdirməyi qərara alıb. Hazırda şirkətin mütəxəssisləri bu istiqamətdə çalışırlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]