Xəbərlər

Tanınmış aktyor intihar etdi

19-04-2017, 12:31

Türkiyəli aktyor Orhan Yücel qarşılıqsız sevgi səbəbindən intihar edib.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda yaşayan Yücel ötən gün “Facebook”da canlı yayım edib və adını açıqlamadığı qadını çox sevdiyini, lakin sevgisinin cavabsız qaldığı üçün günah olduğunu bilə-bilə intihar etməyə üstünlük verdiyini söyləyib.

O, 100 ədəd həb içib və sevənlərindən onun üçün dua etmələrini istəyib. Bu şərhindən sonra evində huşsuz vəziyyətdə tapılan Yücel xəstəxanaya çatdırılıb. Mədəsi yuyulub, ancaq bütün tibbi səylərə baxmayaraq, xilas ola bilməyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]