Xəbərlər / Şou-biznes

Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ

15-04-2017, 23:53

Türkiyənin korifey sənətkarlarından olan aktrisa-müğənni Handan Kara dünyasını dəyişib.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, xanım sənətçinin bir müddətdir sağlamlıq problemləri yaşadığı deyilir.

Handan Kara kimdir?

1939-cu il təvəllüdlü Handan Kara karyerasına TRT İstanbul radiosunda səs sənətçisi olaraq başlayıb. Yeşilçamda Türkan Şoray kimi məşhur aktrisaların səsləndirməsini boynuna götürüb.

Handan 1971 və 1972-ci illərdə "Ver Allahım Ver" və "İşte Deve İşte Hendek" adlı filmlərdə aktrisa kimi çıxış edib.

Müğənni Avropada və Türkiyədə konsertlər verib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]