Xəbərlər / Maraqlı

Belə səyyah görməmisiniz - Nəhəng çarxını fırlada-fırlada dünyanı gəzir - VİDEO

12-04-2017, 22:55

Adətən, insanlar müxtəlif nəqliyyat vasitələrindən istifadə edərək dünya səyahətinə çıxırlar.

Xeberman.com ARB 24-ə istinadla xəbər verir ki, Almaniya vətəndaşı olan Şahin Sadathüseyni fərqlilik edərək dünyanı nəhəng çarxı ilə birlikdə gəzməyə qərar verib.

İran əsilli Alman vətəndaşı Şahin Sadathüseyni artıq bir neçə gündür ki, ölkəmizdə səfərdədir. İçərisinə əşya bağladığı nəhəng və ağır çarxı ilə xeyli marağa səbəb olan səyyahın növbəti dayanacağı Şəmkir olub.

44 yaşlı səyyah Azərbaycana gələnə qədər 9400 kilometr yol qət edib. Bir çox Avropa ölkələrində olan səyyah xalqımızın qonaqpərvər, yardımsevər olduğunu söyləyir. Səyyah Şəmkirdən sonra Gəncəyə gedəcək.

Daha sonra isə cənub istiqamətində yol alıb Astaraya, oradan da İrana səfər edəcək. Bununla da Şahin Sadathüseyninin səfəri başa çatacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]