Xəbərlər

“Çalıquşu”nun Fəridəsi Şahin Zəkizadədən danışdı

12-04-2017, 20:40

Ölüm xəbərini alanda çox pis oldum.

Kult.az xəbər verir ki, bu sözləri türkiyəli məşhur aktrisa Aydan Şənər vəfat edən dostu tanınmış azərbaycanlı rejissor Şahin Zəkizadə haqda “Türk şou maqazin” verilişində danışarkən deyib. O, bu xəbərə çox pis olduğunu bildirib:

“Mənim azərbaycanlı dostum, Şahin Zəkizadə. Reklam filmi də çəkmişdik. Onun ölüm xəbərini aldım. Çox pis oldum. Balaca uşaqları da var idi, bilirəm. Allah rəhmət eləsin. Çox gənc yaşda itirdik. Ailəsinə, sevdiklərinə başsağlığı diləyirəm. Buradan da sizin vasitənizlə deyim, çox sevdiyim dostum idi”.

Qeyd edək ki, rejissor Şahin Zəkizadə uzun çəkən qan xərçəngindən sonra 16 fevral 2017-ci ildə vəfat edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]