Əsas Səhifə / Xəbərlər

Milli Qəhrəman haqqında film çəkildi – VİDEO

12-04-2017, 16:25

Aprelin 11-də Füzuli Dövlət Dram Teatrında Azərbaycanın Milli Qəhrəmanı Pəhləvan Fərzəliyevə həsr edilmiş “Şərəfli ömrün manifesti” sənədli filminin təqdimatı olub. Dövlət sifarişi ilə “Yaddaş” studiyasında lentə alınan filmin ssenari müəllifi və quruluşçu rejissoru İltifat Hacıxanoğludur.

Xeberman.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, filmin yaradıcı heyəti, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhid ailələri, məktəblilərin iştirak etdikləri təqdimat mərasiminin əvvəlində respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları daha sonra “Şərəfli ömrün manifesti” sənədli filmini izləyiblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]