Xəbərlər

Xəzərdə meyiti tapılan şəxsin neftçi olduğu müəyyənləşib

11-04-2017, 17:30

Aprelin 9-da dənizdə aşkar edilən kişi meyitinin itkin düşən neftçiyə aid olduğu müəyyənləşib.

Axtarış-Xilasetmə Qərargahından Xeberman.com -a verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində meyitin “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft-qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 1967-ci il təvəllüdlü Bəhramov Cavid Həyatxan oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft-yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]