Xəbərlər / Elm
150 cərrah ilk dəfə insan baş transplantasiyası əməliyyatı keçirəcək – VİDEO
11-04-2017, 00:07
Dünyada ilk dəfə insan başı transplantasiyası əməliyyatı cari ilin dekabr ayına planlaşdırılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə The Merkle nəşri yazır.
Əməliyyatı italiyalı cərrah Sercio Kanavero həyata keçirəcək. O bildirib ki, bu əməliyyatı 30 il ərzində planlaşdırıb və hətta riskə getməyə hazır olan könüllünü də tapıb.
Kanaveronun ilk pasiyenti “Verdinq-Xofman” xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum olan rusiyalı Valeri Spiridonovdur.
150 cərrahın iştirak edəcəyi əməliyyat 36 saat müddətinə planlaşdırılıb.
Əməliyyatdan sonra V.Spiridonov 3-4 həftə müddətinə komada olacaq.